Gəncədə göl natəmiz vəziyyətdədir. Bu haqda Gencexeber.az-a 18 avqust tarixində məlumat daxil olub.
Sözügedən hal Heydər Əliyev parkında müşahidə olunur. Ərazidə yaradılmış süni göl çirklənib və üstü palçıqla dolub. Sakinlər bildirirlər ki, xoşagəlməz qoxu səbəbindən gölün yanından keçmək olmur.
“Uşaqlarımızı parka gəzintiyə çıxara bilmirik. Yaranmış vəziyyətə görə ətrafda həşəratlar da çoxalıb. Gölün təmizliyinə nəzər yetirilməsini arzu edirik”, - deyə onlar qeyd ediblər.