Gəncədə kəsişmələrin birində sürücülər üçün çətinlik yaranıb. Bu haqda Gencexeber.az-a 25 noyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Nizami prospekti və Eminbəyli küçəsinin kəsişməsindən gedir. Adıçəkilən ərazidəki işıqforlardan heç biri işləmir. Bu da nəqliyyat vasitələrinin idarə edilməsini çətinləşdirib.
Qeyd edək ki, ilkin məlumata əsasən, avtomobillərin hərəkəti tənzimlənmir.