Gəncədə bir sıra ərazilərdə işıqforlar işləmir. Bu haqda Gencexeber.az-a 22 iyun tarixində məlumat daxil olub.
Söhbət şəhərin Nizami Gəncəvi prospekti ilə Pərviz Səmədov küçəsinin, Nizami və Atatürk prospektlərinin, Təbriz küçəsinin Mehmandarov və Cavad bəy Rəfibəyli küçələri ilə kəsişmələrindən gedir. Adıçəkilən ərazilərdə hərəkət tənzimləyiciləri bir neçə saatdır ki, fəaliyyət göstərmir.
İlkin məlumata əsasən, buna səbəb elektrik təchizatında leysan yağışlarından sonra yaranan fasilədir. Sözügedən kəsişmələrdə sürücülər öz aralarında kommunikasiya edərək yollarına davam edirlər.