Gəncədə bir sıra küçələrdə işıqlandırma sistemi çəkilir. Bu haqda Gencexeber.az-a 18 fevral tarixində məlumat daxil olub.
Söhbət şəhərin Mikayıl Müşfiq, Füzuli, Qasımbəy Zakir, Rəsul Rza, Bakı, Feyzulla Qasımzadə, Zeynalabdin Tağıyev, Əli Məmmədov, Səməd Vurğun, Zülfüqar Məmmədov və Ordubadi küçələrindən gedir. Burada küçə işıqlandırılması sistemlərinin yenilənməsi lahiyəsi aparılır.
Adıçəkilən ərazilərdə yaxın günlərdə yeni işıq dirəkləri quraşdırılacaq.
Bildirilib ki, bu işlər şəhərin müxtəlif ərazilərində mərhələli şəkildə davam etdirilir.