Gəncədə daha bir küçədə təmir işləri aparılır. Bu haqda Gencexeber.az-a 19 avqust tarixində məlumat daxil olub.
Söhbət şəhərin Cümhuriyyət prospektindən gedir. Burada hərəkət istiqamətlərini ayıran hissənin kənarına düzülmüş bördürlər yenilənir.
Xatırladaq ki, bir müddət öncə prospektdə yol örtüyü qaşınmışdı. Ərazidə asfaltlanma işlərinə hazırlıq aparılıb.