Gəncədə ağaclar budanıb. Bu haqda 10 avqust tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Şəhərimizin küçələrində irigövdəli ağaclarda budama işləri aparılıb.
Buna səbəb onların yol hərəkəti nişanları və işıqforların görünməsinə, eləcə də küçə işıqlandırılmasına maneə yaratmasıdır. Sözügedən işlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikası cəlb olunub.
Qeyd edək ki, görülən işlər MKTİB-nin Yaşıllaşdırma şöbəsi tərəfindən həyata keçirilir.
[modula id="42317"]