Gəncədə növbəti küçə təmir olunur. Bu haqda Gencexeber.az-a 14 avqust tarixində məlumat daxil olub.
Söhbət Məmməd Xələfov küçəsindən gedir. Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının qarşısında yol səthi bərabərləşdirilib. Sözügedən işlərin aparılması üçün əraziyə texnika və canlı qüvvə cəlb olunub. Hazırda küçəyə asfalt örtüyü çəkilir.
Ərazidə son tamamlanma işləri görülür.