Gəncədə ağacların budanma işləri aparılıb. Bu haqda Gencexeber.az-a 4 mart tarixində məlumat daxil olub.
İşlər şəhərin Cavadbəy Rəfibəyli küçəsində görülüb. Sözügedən əraziyə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Aidiyyəti qurumun əməkdaşları burada ağacların qurumuş və təhlükə saçan budaqlarını kəsiblər.
Daha sonra budaqlar xüsusi maşınlara yığılaraq ərazidən daşınıb.