Gəncədə balaca cüdoçularla görüş keçirilib. Bu haqda 7 iyun tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov cüdo idman növü üzrə Respublika yarış və kubokunda yer tutan yeniyetmə idmançıları qəbul edib. Nəsirov idmançımız Samir Həbiblini və onun idmançı övladları Hilal və Dəniz Həbibliləri qazandıqları uğurlu nəticələr münasibətilə təbrik edib. İdmançılara gələcək yarışlarda uğurlar arzulayıb.
Samir Həbibli diqqət və qayğıya görə Baş İdarə rəhbərliyinə minnətdarlığını bildirib.
Sonda Həmid Nəsirov tərəfindən Samir Həbibliyə və onun övladlarına təşəkkürnamə və fəxri diplom təqdim olunub.