Gəncədə gənclər bir araya toplanıblar. Bu haqda 9 iyun tarixində Gənclər Evinə istinadən məlumat veririk.
"GenOrators" ingilis dili danışıq klubunun növbəti görüşü keçirilib. Burada xarici dil səviyyəsini inkişaf etdirmək istəyən gənclər bir araya gəliblər. Görüş zamanı müzakirədən əlavə, ingiliscə müxtəlif növ oyunlar oynanılıb, yeni sözlər öyrənilib.
Qeyd edək ki, məşğələlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin və Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilir. Burada iştirak ödənişsizdir.