Gəncədə bir nəfər azyaşlı xilas edilib. Bu haqda 22 iyun tarixində FHN-ə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bir nəfər uşağın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqda məlumat daxil olub.
Əraziyə FHN-in Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb edilib. Əməkdaşlar müvafiq tədbirlər görərək uşağın xilas olunmasını təmin ediblər.