Gəncədə startap layihəsinə qeydiyyat aparılır. Bu haqda 15 mart tarixində GDU-ya istinadən məlumat veririk.
Gəncə Dövlət Universitetində “StartupFest Gəncə” proqramının təqdimatı keçirilib. Proyekt yerli texnoloji startapların inkişafına dəstək məqsədilə reallaşır. New Space Akselerasiya Mərkəzinin rəhbəri Elçin Hüseynov çıxış edərək “StartupFest Gəncə” proqramı haqqında ətraflı məlumat verib.
Bildirilib ki, tələbələrin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması məqsədi daşıyan proqram 8 modul və 4 həftəlik təlimdən ibarətdir. Modullar tanınmış startap sahibləri tərəfindən interaktiv şəkildə həyata keçiriləcək.
Proqramda uğur qazanan gənclərə mükafatlar veriləcək. Maraqlanan şəxslər https://bit.ly/startupfestganja linki vasitəsilə müraciət edə bilərlər. Son qeydiyyat tarixi 23 martdır.