Gəncədə həftəsonu şənliklər təşkil olunacaq. Bu haqda 26 yanvar tarixində “Gəncə Mall”a istinadən məlumat veririk.
Şənliklər “Gəncə Mall”da baş tutacaq. 28 yanvar saat 16:00-da “Ganja Band” qrupu ticarət mərkəzinin ziyarətçiləri üçün çıxış edəcək. 29 yanvarda isə Çeburaşka və Timsahın iştirakı ilə balacalar üçün şou təşkil olunacaq.
Tədbirlərdə iştirak ödənişsizdir. İstəyən hər kəs qatıla bilər.