Gəncə şəhər sakini Kəlbəcərdə qəzaya düşüb. Bu haqda 30 iyun tarixində Report-a istinadən xəbər veririk.
Belə ki, 70 yaşlı Vəliyev Məhəmməd Əmiraslan oğlu iki avtomobilin toqquşması nəticəsində ağır xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı yaralıya boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.