Gəncə şəhəri ərazisində maarifləndirici sosial çarxlar yayımlanır. Bu haqda Gencexeber.az 19 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən məlumat verir.
Tədbirlər 26 iyun - Narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar təşkil edilib. Narkomanlığın zərəri barədə incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış “Narkotik sərhədsiz fəlakətdir”, animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” və “802 qaynar xətt” adlı sosial roliklərin şəhərin küçə və prospektlərindəki elektron lövhələrdə nümayişinə başlanılıb.
Qeyd olunan videoçarxların uzunmüddətli yayımlanması nəzərdə tutulur.