Gəncədə avtoxuliqanlıq edən qadın aşkarlanıb. Bu haqda 1 sentyabr tarixində Avtosfer-ə istinadən məlumat veririk.
Sosial şəbəkələrdə xanım sürücünün yol hərəkəti qaydalarını pozması ilə bağlı videolar paylaşılıb. 60-BV-560 qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobilin sükanı arxasında oturan qadın gündəm olmaq üçün müxtəlif riskli manevrlər edib. O, davamlı olaraq manevr qaydalarını pozaraq, şou xarakterli hərəkətlər edərək videolar çəkib.