Əziz Əliyev və Əbülüla küçələrini birləşdirən yol təmir olunur. Bu haqda bu gün, 11 avqust tarixində Gencexeber.az-a məlumat daxil olub.
36 nömrəli məktəbin yaxınlığında yerləşən küçəyə hazırda xüsusi texnika cəlb olunaraq köhnə asfalt örtüyü qaşınır, əraziyə bordürlər düzülür. Daha sonra yola yeni asfalt örtüyü vurulacaq, müvafiq yol cizgiləri və nişanlanmalar quraşdırılacaq.
[caption id="attachment_42403" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]