Gəncə Beynəlxalq Avtovağzalının ətraf ərazilərində iməcilik aparılıb. Bu haqda 26 yanvar tarixində MKTİB-yə istinadən məlumat veririk.
Avtovağzalın ətraf əraziləri məişət tullantılarından, xəzəldən, toz-torpaqdan təmizlənib. Ehtiyac olan yerlərə zibil qutuları yerləşdirilib, təmirə ehtiyacı olanlar isə yeniləri ilə əvəzlənib.