Gəncədə həftəsonu şənliklər təşkil olunacaq. Bu haqda 9 iyun tarixində “Gəncə Mall”a istinadən məlumat veririk.
Əyləncə proqramı “Gəncə Mall”da keçiriləcək. 17 iyun saat 17:00-18:00 radələrində tar ifaçısı Mir Hüseyn çıxış edəcək. 18 iyun saat 17:00-19:00 radələrində maskotlar balaca fidanları əyləndirəcək.
Qeyd edək ki, tədbirlərdə iştirak ödənişsizdir.