Gəncənin Sədnik Pirsultanlı küçəsində su borusunda qəza baş verib. Bu haqda 1 dekabr tarixində məlumat daxil olub.
Sözügedən hal Vərəm əleyhinə xəstəxananın yerləşdiyi ərazidə müşahidə edilir. Bu gün səhər saatlarından etibarən xəttdən çıxan su küçə boyunca axır.
Qeyd edək ki, küçədə asfalt döşəməsi mövcud deyil. Orada yol enliliyində palçıq yaranıb.