Gəncədə Cəfər Cabbarlının "Dilbər" hekayəsinin müzakirəsi keçirilib. Bu haqda 10 yanvar tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
Tədbir Kitabxana Sisteminin Uşaq şöbəsində təşkil olunub. Şöbənin müdiri Ellada Rəhimova ilk öncə Cəfər Cabbarlının həyat və yaradıcılığından danışıb. Daha sonra "Dilbər" əsərinin məzmunu yada salınıb. Hekayədə baş verən hadisələr müzakirə olunub.
[caption id="attachment_8092" align="alignnone" width="300"]
Gəncə Regional Mədəniyyət idarəsinin Facebook səhifəsindən foto[/caption]