Gəncədə uşaqların səhhətinin keşiyində duran poliklinika baxımsız vəziyyətdə fəaliyyət göstərir. Bu haqda Gencexeber.az-a fevralın 3-ü məlumat daxil olub.
Söhbət Gəncə şəhəri 2 nömrəli birləşmiş uşaq xəstəxanasının poliklinika şöbəsindən gedir. Sözügedən tibb ocağı Tağı Arani küçəsində yaşayış binasının birinci mərtəbəsində yerləşir. Orada istilik sistemi yoxdur. Divarlarda boya nəmişlik səbəbindən tökülüb.
Xəstəxananın taxta qapı və pəncərələri hava çəkir. Elektrik qovşağı açıq və əlçatan vəziyyətdə quraşdırılıb. Binanın kanalizasiya xətti dəhlizin girişində yerləşir.
Xatırladaq ki, Dəmiryol Xəstəxanasının vəziyyəti haqda məlumat vermişdik.
[caption id="attachment_9440" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_9436" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_9437" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_9438" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]