Gəncənin Ticarət Mərkəzində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 11 avqust tarixində Gencexeber.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Yoxlamalar şəhərin V.Xuluflu küçəsi, 77 ünvanında yerləşən “Gəncə Bazar Store” MMC-yə məxsus “Grand Qafqaz” Ticarət Mərkəzində aparılır.
Belə ki, obyektdə dezinfeksiya işlərinin aparılmadığı, məhsulların yararlılıq müddətinə riayət edilmədiyi, süd məhsullarının antisanitar qaydada saxlanıldığı, kərə yağı adı altında istehlakçılara bitki tərkibli spred yağların təklif edildiyi məlum olub. Eləcə də ət məhsullarının mənşəyinin məlum olmadığı və işçilərin xüsusi geyimlə təmin edilmədiyi aşkarlanıb.
Sözügedən faktlarla bağlı sahibkarla söhbət aparılıb, obyekt cərimələnib. Yoxlamaların davam edəcəyi gözlənilir.
[caption id="attachment_42370" align="alignnone" width="300"]
Foto AQTA[/caption]