Gəncədə qəza baş verib.
Gencexeber.az məlumat verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində, “Qala kosmetiks” dükanının qarşısında qeydə alınıb. 20 saylı marşrut avtobusu “Hyundai” markalı maşınla toqquşub.
Nəticədə bir nəfər yüngül xəsarət alıb. Qəza səbəbindən Nizami Gəncəvi prospektində sıxlıq əmələ gəlib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.