Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın yaradıcı kollektivi Gəncəyə səfər edəcək.
Gencexeber.az məlumat verir ki, istiqlal şairimiz Əhməd Cavadın ömür-gün yoldaşı Şükriyyə Axundzadənin həyatından bəhs edən "Şükriyyə" tamaşası səhnələşdiriləcək. Cavid Zeynallının qələmə aldığı, əməkdar incəsənət xadimi Bəhram Osmanovun isə quruluş verdiyi əsər 14 oktyabr saat 19:00-da Gəncə Dövlət Milli Dram Teatrında nümayiş etdiriləcək.
Mədəniyyət tədbirinə belet satışı Gəncə Dövlət Milli Dram Teatrının kassasında həyata keçirilir.