Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 30 iyun tarixində məlumat daxil olub.
Hadisə şəhərin M. Xələfov küçəsində Abbas Səhhət adına xəstəxananın qarşısında baş verib. "VAZ-2107" markalı avtomobil dönmə əməliyyatı edən zaman "Mercedes"lə toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.