Gəncədə səhər saatlarından başlayan güclü yağışlar hələ də davam edir. Bu barədə Gencexeber.az-a 22 iyun tarixində məlumat daxil olub.
Artıq şəhərin mərkəzi küçələrində də hərəkət etmək müşkül məsələyə çevrilib.
Yağmurlu hava şəraiti piyadalarla yanaşı, sürücülərə də çətin anlar yaşadıb. Bəzi yollarda kanalizasiya sisteminin kifayət qədər yaxşı işləməməsi, digər küçələrdə isə ümumiyyətlə, mövcud olmaması nəticəsində su axını piyadaların hərəkətini iflic vəziyyətə salıb.