top
Gəncədə futbol stadionları yararsız haldadır
03 avqust 2021, 17:22
- +

Gəncədə futbol stadionları yararsız haldadır

Atatürk prospekti 92a ünvanında yerləşən Gəncə Şəhər Mərkəzi Stadionu yararsız haldadır. Bu haqda müxbirimiz bu gün xəbər verib.

2018-ci ildə Gəncə şəhər stadionu təmir üçün dövlət proqramına salınıb. Onun yenidənqurma işlərinin 2019-2020-ci illərdə aparılması planlaşdırılsa da, bu günə kimi heç bir iş görülməyib.

Qeyd edək ki, bir vaxtlar Azərbaycanda ən böyük azarkeş kütləsinə sahib olan "Kəpəz" futbol klubu Gəncə Şəhər Mərkəzi Stadionunda ev oyunlarını keçirirdi. Hal-hazırda komanda bəzi məşqlər üçün orada toplanır.

Bu mövzu Facebook sosial şəbəkəsində də müzakirə olunub. Sakinlərin sözlərinə görə "Kəpəz" bir növ Gəncənin simvolu idi. Vaxtıkən oyunu izləmək üçün 20000 azərkeş stadiona üz tuturdu, indi isə gedəsi yerləri yoxdur.

Gəncədə yerləşən digər iki stadionun vəziyyəti də ürək açan deyil. Belə ki, Əziz Əliyev küçəsində yerləşən "Spartak" və Füzuli parkının yanında yerləşən "Metallurq" stadionları istifadəsiz qaldığı üçün yararsız hala düşüb.

[caption id="attachment_722" align="alignnone" width="300"]Foto Gencexeber.az (Gəncə şəhər mərkəzi stadionu) Foto Gencexeber.az (Gəncə şəhər mərkəzi stadionu)[/caption]

[caption id="attachment_723" align="alignnone" width="300"]Foto Gencexeber.az (Metallurq) Foto Gencexeber.az (Metallurq)[/caption]

[caption id="attachment_724" align="alignnone" width="300"]Foto Gencexeber.az (Spartak stadionu) Foto Gencexeber.az (Spartak stadionu)[/caption]

Gəncə şəhər mərkəzi stadionu 1964-cü ildə istifadəyə verilib. Stadionun tamaşaçı tutumu 19827 nəfərdir.

"Metallurq" idman kompleksi 1975-ci ildə istifadəyə buraxılıb. Kompleksin 6 hektar ərazisi var.

"Spartak" stadionu 1948-ci ildən istifadəyə verilib. Onun 5,6 hektar sahəsi var.

Azərbaycan Premyer-liqasının 2015/2016-cı il mövsümündə tamaşaçı sayında rekord vuran "Kəpəz" futbol klubunun çempionat ərzində 18 ev oyununu Gəncə şəhər stadionundan 240 min 650 azarkeş izləyib. Bir oyunda iştirak edən ən çox tamaşaçı sayı isə 2016-cı il fevralın 14-də "Kəpəz"–"Qarabağ" görüşündə qeydə alınıb – 20 min 400 tamaşaçı.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:50

Mingəçevirdə açıq suda üzmə yarışı rekord iştirakçı sayı ilə start götürəcək

Bütün xəbərlər
Bu gün, 17:37

Gəncədə taksilərin gəlmədiyi küçələrdən BİRİ

Bütün xəbərlər
Bu gün, 16:54

Kanalda batan 14 yaşlı yeniyetmənin meyiti tapıldı

Bütün xəbərlər
Bu gün, 16:00

Gəncədə kommunal problemlər sakinləri TƏNGƏ GƏTİRİB

Bütün xəbərlər
Bu gün, 15:28

Əhalimizin yarısı artıq çəkidən əziyyət çəkir

Bütün xəbərlər
Bu gün, 14:51

Duman olacaq, şimşək çaxacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 14:02

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir

Bütün xəbərlər
Bu gün, 13:33

"Gəncə" üç legioner basketbolçu ilə vidalaşıb

Bütün xəbərlər
Bu gün, 13:02

Ölkəmizdə hər 6 nəfərdən 1-i siqaret çəkir

Bütün xəbərlər
Bu gün, 12:55

Gəncədə qətlə yetirilən Azər Yusifov gəncləri ayırmaq istəyibmiş

Bütün xəbərlər
Bu gün, 12:02

Kasıb ailələrdə uşaq sayı daha çoxdur

Bütün xəbərlər
Bu gün, 11:24

Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı

Bütün xəbərlər
Bu gün, 10:55

Gəncədə kütləvi davada bıçaqlanaraq öldürülənin FOTOSU - YENİLƏNİB

Bütün xəbərlər
Bu gün, 10:17

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Bütün xəbərlər
Bu gün, 09:46

Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu

Bütün xəbərlər
Dünən, 21:23

Ötən il Gəncədə 793 ailə dağılıb

Bütün xəbərlər
Dünən, 19:22

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
Dünən, 18:00

MKTİB-ə yeni texnikalar gətirilib

Bütün xəbərlər
Dünən, 16:38

Beşyaşlıların məktəblərdə boş qalan yerlərə prioritetsiz qəbulu başlayıb

Bütün xəbərlər
Dünən, 16:02

Həmkəndlisini ağacla döydü, məhkəməlik oldu

Bütün xəbərlər
Dünən, 14:51

"Kəpəz" Ümid Səmədovla müqaviləni yenilədi

Bütün xəbərlər
Dünən, 14:03

Hər ət dönər üçün uyğun deyil

Bütün xəbərlər
Dünən, 13:46

Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı - Cərimələr müəyyənləşdi

Bütün xəbərlər
Dünən, 13:34

Gəncədə "Off-road" üçün yararlı küçə

Oxşar xəbərlər