Gəncədə "STEAM sərgisi" keçirilib. Bu haqda 24 dekabr tarixində Gəncə şəhər 39 nömrəli tam orta məktəb məlumat paylaşıb.
Təhsil müəssisəsində təşkil olunmuş sərgidə 4 və 26 nömrəli məktəb-liseyin, 5, 10 və 39 nömrəli məktəblərin, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyinin şagirdləri iştirak ediblər. Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev hazırlanan nümunələrlə tanış olub. O bildirib ki, bu cür tədbirlərin məqsədi ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunmasıdır.