Gəncədə piyadanı avtomobil vuraraq öldürüb. Bu haqda 22 iyul tarixində Report-a istinadən xəbər veririk.
Heydər Əliyev prospektində yolu qarşı tərəfə keçmək istəyən 60 yaşlı Qasım Rüstəmovu "VAZ" markalı avtomobil vurub. Qəza nəticəsində piyada aldığı xəsarətdən vəfat edib.
Faktla bağlı araşdırma gedir.