Gəncədə çayda təmizlik aksiyası təşkil olunub. Bu haqda 16 avqust tarixində MKTİB-yə istinadən xəbər veririk.
Gəncəçaydakı sel suları ilə gələn və bəzi hissələrində yığılaraq qalan məişət tullantıları, ağac qırıntıları, kol-kos və alaq otları yığılaraq ərazidən daşınıb. Təmizlik işləri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən görülüb.
Həmçinin məlum olub ki, cayın yaxınlığında yaşayan əhali məişət və digər tullantılarını təyin olunan yerlərə deyil, çayın hövzəsinə atırlar.
Qeyd edək ki, çayın ərazisinə xüsusi texnikaların girişi məhdud olduğundan bura atılan məişət və digər tullanıtılar əllə yığılır.