Gəncə şagirdləri üçün düşərgə təşkil olunub. Bu haqda 1 iyul tarixində FRİTL-ə istinadən məlumat veririk.
Düşərgə Fizika,riyaziyyat və informatika təmayüllü liseyin təşəbbüsü ilə 2022-2023-cü tədris ilində müxtəlif müsabiqə və olimpiadalarda uğur qazanmış şagirdlərin iştirakı ilə Quba rayonunda təşkil olunub. Burada məktəblilərə olimpiadalara hazırlıq dərsləri, sosial və əməkdaşlıq bacarıqlarının inkişafı üçün təlimlər keçirilib, beynəlxalq olimpiadaçılarla görüşlər təşkil edilib. Asudə vaxtlarda müxtəlif əyləncəli oyunlar və gəzintilər baş tutub.