Gəncədə mübadilə proqramı ilə bağlı seminar keçiriləcək. Bu haqda 4 avqust tarixində Gəncə Amerika Mərkəzinə istinadən məlumat veririk.
Görüş bu gün, 4 avqust saat 11:00-da Gəncə Amerika Mərkəzində təşkil olunacaq. Burada FLEX proqramı ilə bağlı ən çox verilən suallar cavablandırılacaq. Seminarı proqramın məzunu olan Azər Seyidli aparacaq.
Tədbirdə arzu edən hər kəs ödənişsiz iştirak edə bilər.
Qeyd edək ki, Gəncə Amerika Mərkəzi Nizami, 81 ünvanında (Mərkəzi Kitabxanada) fəaliyyət göstərir.