Gəncədə yeni orkestr yaradılıb. Bu haqda 15 mart tarixində Azərtac-a istinadən məlumat veririk.
Gəncə Dövlət Filarmoniyası tezliklə yeni orkestrini təqdim edəcək. Bildirilib ki, kollektivin fəaliyyəti Azərbaycanın və Qərb ölkələrinin bəstəkarlarının əsərlərinin təbliğində mühüm rol oynayacaq.
Orkestrin adı 28 aprel tarixində ilk dəfə keçiriləcək konsertdə açıqlanacaq. Musiqiçilər qrupu ölkəmizi qarış-qarış gəzərək xüsusi proqramlarını təqdim edəcəklər.