Gəncədə süni göldə suyun səviyyəsi yenidən artıb. Bu haqda 22 iyun tarixində FHN-ə istinadən məlumat veririk.
Bu hal intensiv yağıntılar səbəbindən baş verib. Əraziyə Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirliyin əməkdaşları tərəfindən göldə suyun səviyyəsinin endirilməsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.