Gəncədə maarifləndirici tədbir baş tutub. Bu haqda 30 sentyabr tarixində FHN-ə istinadən xəbər veririk.
Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Maarifləndirici görüş FHN-in Gəncə Regional Mərkəzi tərəfindən təşkil olunub. Burada Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri iştirak ediblər.
Qurumun əməkdaşları tədbir iştirakçılarına baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məlumat veriblər. Həmçinin burada FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.