Gəncədə aqrar təlim baş tutub. Bu haqda 26 yanvar tarixində Gəncə Regional Təlim Mərkəzinə istinadən məlumat veririk.
Aqrar Xidmətlər Agentliyi Aqrar Təlim Mərkəzi Gəncə Regional Təlim Mərkəzində keçirilən tədbir Azərbaycan Respubliksanının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları ilə birgə təşkil olunub.
“Qəhvəyi mərmər bağacığı” mövzusundakı maarifləndirici təlimdə Gəncə Regional Təlim Mərkəzinin əməkdaşları, 16 nəfərdən ibarət bölgə fermerləri və aqrar sahənin mütəxəssisləri iştirak ediblər. Burada fermerləri maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb, mövzu ətrafında qarşılıqlı müzakirələr aparılıb.