Gəncədə daha bir küçə təmir olunur. Bu haqda Gencexeber.az-a 20 sentyabr tarixində məlumat daxil olub.
Bu hal şəhərin Faiq Bayramov küçəsində müşahidə olunur. Adıçəkilən əraziyə texnika və canlı qüvvə cəlb olunub. Avtomobil yolu hamarlanıb. Hal-hazırda bordürlər düzülür.
Növbəti mərhələdə küçəyə və piyada səkisinə asfalt örtüyü salınacaq.