Gəncədə bir çox fəvvarələr işləmir. Bu haqda Gencexeber.az-a 8 iyun tarixində məlumat daxil olub.
Şəhər sakinləri bir çox fəvvarələrin fəaliyyət göstərməməsindən narazıdırlar. Bu hal Mərkəzi Univermağın, Kukla Teatrının qarşısındakı istirahət guşələrində və bir sıra digər ərazilərdə müşahidə olunur.
“Yayda insanlar parka çıxıb istirahət etmək, sərinləmək istəyirlər. Şəhərdə, demək olar ki, Xan bağından başqa, heç yerdə fəvvarələr işləmir. Onları işə salsalar, çox məmnun olarıq”, - deyə sakinlər bildirirlər.
[modula id="38629"]