Gəncədə yol qəzası olub. Bu haqda 10 avqust tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə şəhərin Fətulla Həsənov küçəsində qeydə alınıb. "Suzuki" markalı avtomobil "VAZ 2107" ilə toqquşub. Nəticədə "Suzuki" markalı maşın aşıb, “07”nin sürücüsü isə xəsarət alıb.
Qeyd edək ki, "Suzuki" markalı nəqliyyat vasitəsi “Körpü-tikinti” şirkətinə məxsusdur.