Gəncədə növbəti təlim baş tutacaq.
Maarif Evi məlumat verir ki, fəlsəfə klubunun yeni tədbiri keçiriləcək. Seminarın mövzusu “Fəlsəfədə idealizm” olacaq. Tədbir tarixçi Bəxtiyar Çələbi tərəfindən aparılacaq.
Təlim avqustun 31-i saat 11:00-da Maarif Evində baş tutacaq. Seminarda hər kəs ödənişsiz olaraq iştirak edə bilər.
Qeyd edək ki, Gəncə Maarif Evi Nizami Gəncəvi, 81 ünvanında yerləşir.