Gəncədə su borusunda qəza baş verib. Bu haqda Gencexeber.az-a 24 iyul tarixində məlumat daxil olub.
Söhbət şəhərin Şeyx Bahəddin küçəsi, 82 ünvanından gedir. Burada bir neçə gün öncə sakinləri su ilə təchiz edən yeraltı boru tutulub. Nəticədə ərazidə yaşayan evlərə su təminatı dayandırılıb.
Bu gün hadisə yerinə “Azərsu” əməkdaşları cəlb olunublar. Qəzanın aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.