Gəncədə təmizlik aksiyası keçiriləcək. Bu haqda 18 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat veririk.
İməcilik Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunur. 19 avqust saat 10:00-da Gəncəçayın sahilində təmizlik işləri aparılacaq. Əraziyə atılmış məişət tullantıları yığılacaq. Burada nazirlik əməkdaşları və könüllülər iştirak edəcəklər.
ETSN sakinləri aksiyaya qoşularaq, doğma şəhərimizin qeydinə qalmağa dəvət edir.