Gəncədə türkiyəli mütəxəssislərin təlimləri təşkil olunacaq. Bu haqda 1 may tarixində ADAU-ya istinadən xəbər veririk.
Ege Universitetinin əməkdaşları - Deniz Eroğul “Modern meyvecilikte nar yetiştiriciliği ve hasat sonu”, professor Serra Hepaksoy isə “Değişen iklim koşullarında meyvecilikte yeni trendler” mövzularında seminarlar keçəcəklər. Tədbirlər 3 may 15:30 və 16:00-da Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris binasındakı 451-ci auditoriyada olacaq.
Təlimlər beynəlxalq ikili diplom proqramı çərçivəsində təşkil edilir. Məşğələlər Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə baş tutacaq.