Gəncədə yolun çökən hissəsi təmir olunur. Bu haqda Gencexeber.az-a 9 iyun tarixində məlumat daxil olub.
Sözügedən işlər Gəncə Dövlət Dram Teatrının yeni binasının qarşısında aparılır. Burada tamet döşənən avtomobil yolunun bir hissəsi çöküb. Nəticədə yağmurlu hava şəraitində həmin yerdə gölməçələr yaranırdı.
Əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunublar. Tamet daşları sökülüb və çökən hissə doldurulub. Daha sonra isə daşlar yenidən yerinə vurulub.