Gəncədə bir sıra küçələrə yol infrastrukturu salınır. Bu haqda Gencexeber.az-a 16 avqust tarixində məlumat daxil olub.
Söhbət şəhərin Cahangir Abdullayev, Məmməd bəy Rzayev və Sadiq Rəhimov (keçmiş adı Nuxa) küçələrindən gedir. Burada yolun asfaltlanması üçün hazırlıq işləri aparılır. Səkilərin kənarlarına yeni bordürlər düzülür.
Həmçinin yol səthi bərabərləşdirilir. İşlər bitdikdən sonra adıçəkilən küçələrə asfalt örtüyü salınacaq.
[modula id="42739"]