Gəncədə növbəti küçələr asfalt örtüyünə hazırlanır. Bu haqda Gencexeber.az-a 30 avqust tarixində məlumat daxil olub.
Söhbət şəhərin Hacı Əli Hüseynzadə və Qənbər Hüseynli küçələrindən gedir. Ərazilərə aidiyyəti qurumun texnika və canlı qüvvəsi cəlb olunub. Küçələrdəki köhnə asfalt örtüyü qaşınır.
Daha sonra adıçəkilən ərazilərə yeni asfalt örtüyü salınacaq. Burada aparılan işlərlə bağlı küçələrdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.