Gəncədə asfaltlanma işlərinə hazırlıq prosesi gedir. Bu haqda Gencexeber.az-a 21 iyul tarixində məlumat daxil olub.
Söhbət şəhərin Cavad xan qəsəbəsindən gedir. Cümhuriyyət prospektində mövcud köhnə asfalt örtüyü qaşınıb. Bildirilib ki, yaxın günlərdə əraziyə yeni asfalt örtüyü töküləcək.
Qeyd edək ki, şəhərin bir sıra prospekt və küçələrində yeni asfalt örtüyü salınır və təmir işləri aparılır.