Gəncədə küçələrin işıqlandırılması işləri aparılır. Bu haqda Gencexeber.az-a 6 mart tarixində məlumat daxil olub.
Söhbət şəhərin 28 May küçəsindən gedir. Burada Təbriz küçəsi ilə kəsişməyədək “Azərişıq” ASC-nin əməkdaşları çalışırlar. Ərazidə piyada səkisi müəyyən yerlərdə qazılıb. Buna səbəb işıq dirəklərinin quraşdırılması üzrə işlərin aparılmasıdır.