Gəncədə Azərbaycana Birgə Dəstək (UAFA) təşkilatının təşəbbüsü ilə tədbir keçiriləcək. Bu haqda Gencexeber.az-a 15 mart tarixində məlumat daxil olub.
Gəncə Dövlət Kukla Teatrında baş tutacaq tədbirdə UAFA-nın Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin "İncəsənət" və "Müalicəvi idman" dərnəklərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqların çıxışı olacaq. Onlar öz valideynləri və qonaqlar üçün musiqili-ədəbi kompozisiya nümayiş etdirəcəklər. Tədbir bu gün, 15 mart tarixində saat 15:00-da baş tutacaq.
İştirak ödənişsizdir. Tədbirə istəyən hər kəs qatıla bilər.